Daxili işlər orqanlarının əməkdaşları yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində əməliyyat tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a bildiriblər ki, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Soyuq Bulaqlar qəsəbəsi ərazisində 1,2 hektar sahədə yabanı halda bitmiş və ümumi çəkisi 4 ton 230 kiloqram olan 4700 çətənə kolu aşkarlayıblar.

Çətənə kolları yandırılaraq məhv edilib.