Gədəbəy rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, hadisə rayonun girişində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 2 nəfər - sürücü, 1990-cı il təvəllüdlü Nicat Məmmədov və sərnişin, 1976-cı il təvəllüdlü Natavan Hüseynova xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıblar. Onların hər ikisinin vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.