Türkiyədə 3 futbol hakimi koronavirus infeksiyasına yoluxub.

Unikal.org  xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, bir yüksək dərəcəli hakim və iki köməkçi hakimdən götürülən COVID-19 testinin nəticəsi müsbət çıxıb. İnfeksiyaya yoluxan referilər karantinə alınıb, hazırda müalicələri davam etdirilir.