Qətər əmiri Şeyx Temim bin Hamad Al Saninin qardaşı Şeyx Xalid bin Hamad Al-Thani və ailəsi 10 gündür Bodrumda istirahət edir.

Unikal.org türk mediasına istinadən xəbər verir ki, 500 çemodan və 180 işçisi ilə Ege dənizini seçən milyarder ailəsinin qaldığı 124 metrlik yaxta kiraləyib. Onun yaxtası ötən gün Yalıkavakda görüntülənib.

Ailə dənizdə dincəlib, günəş vannası qəbul etdiyi ərəfədə cangüdənlər durbinlə ətrafı izləyib.