“Şəxsi məsələlərlə heç vaxt ailə həyatımı gündəmə gətirmək istəmədim, bu səbəbdən susdum”. 

Bu sözləri Unikal.org-a açıqlaması zamanı üçqat Olimpiya çempionu mərhum türkiyəli ağır atlet Naim Süleymanoğlunun həyat yoldaşı Türkan Öztürk deyib. 

“Hər zaman mən və qızlarım arxa planda durduq, halbuki, deyəcək, danışacaq çox şeylər var. İnşallah Naim Süleymanoğlu haqqında kitab yazmağı düşünürəm. Demək istədiklərimi həmin kitabda yazacağam”, - deyə Naim Süleymanoğlunun həyat yoldaşı bildirib. 

Qeyd edək ki, Naim Süleymanoğlu və Türkan Öztürkün Sezin və Esin adlı iki qızı var.

Naim Süleymanoğlu öz çəkisindən 3 qat artıq ağırlıq qaldırmaqla tarixə düşən yeganə idmançıdır. O, ilk dəfə 15 yaşındaykən dünya rekorduna imza atıb. Naim Süleymanoğlu ağır atletika üzrə idman karyerasında 47 dəfə dünya rekorduna imza atıb.  

Dürrə Həsənova