Gəncədə silsilə oğurluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, iyunun 26-dan avqustun 30-dək olan müddətdə rayon ərazisindəki 2 evdən və 1 həyətyanı sahədən məişət əşyaları və su mühərriki, habelə iki velosiped oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş E.Rzayev Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.