Abşeron rayonunun Hökməli qəsəbəsində yanğın baş verib.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 80 m2 olan, tikintisi başa çatmayan birmərtəbəli evin yanar konstruksiyaları 40 m2 sahədə və bitişik ümumi sahəsi 40 m2 olan birmərtəbəli evin dam örtüyü 20 m2 sahədə yanıb.

Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.