“Operativ Qərargah vaxtaşırı yumşalmaları həyata keçirir və sərbəstliklər artır. Sərbəstliklər artdıqca təmaslar artır, təmaslar artdıqca isə yoluxmanın sayı arta bilər. Bu, qaçılmaz bir şeydir”.

Unikal.org xəbər verir ki, bunu “Real intervyu”ya müsahibəsində TƏBİB Elmi Komitəsinin Sədri, professor Akif Qurbanov deyib:

"Qonşu Türkiyədə də yoluxmaların sayı artmaqdadır və bu səbəbdən qadağalar yenidən tətbiq olunmağa başlanılıb.

Özümüz də düşünməliyik: əgər bu gün qaydalara əməl etmiriksə, sabah yenə də evdə otura bilərik. Karantin sərtləşdirilə bilər. Sabah yenə də metro işləməyə bilər.

Təmaslar artdıqca, yoluxanların sayı da çox olacaq. Təmaslardan qaçmaq və qoruyucu vasitələrdən istifadə etmək hökmən vacibdir.

Qaydalara əməl etməsək, yoluxma sayı artsa, yenə də qadağanedici tədbirlər ola bilər. Bu, qaçılmazdır. Hər kəs birinci özünü qorumalıdır, Operativ Qərargahın qərarlarına sayğı ilə yanaşmalıdır”.