Gürcüstanda son sutkada koronavirus infeksiyasına 170 yeni yoluxma halı təsdiqlənib.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 2 562-yə çatıb. Onların 1 369-u sağalıb, 19-u isə vəfat edib.

Hazırda karantində 6 633, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.