Bakıda keçmiş məhkumda silah-sursat aşkarlanılıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı dəmir yolu stansiyasının ərazisində Suraxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Quliyevdən nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron götürülüb.