Millət vəkili Tahir Mirkişili bu gün Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində 42 saylı dairənin seçiciləri ilə qəbul keçirib.

Unikal.org xəbər verir ki, görüşdə Sumqayıt şəhər icra hakimiyyətinin 1-ci müavini Teymur Səmədov da iştirak edib.

Qəbul zamanı seçicilərin müraciət və təklifləri dinlənilib, onların problemləri ilə maraqlanılıb. Müraciətlər əsasən məşğulluq, hüquqi yardım, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı olub. 

Müraciətlərin bir hissəsi yerində həll edilib, digərləri isə araşdırma aparılması üçün nəzarətə götürülüb.