Bu ilin yanvar-iyul ayları әrzindә Әdliyyә Nazirliyinin rayon (şәhәr) qeydiyyat şöbәlәri tәrәfindәn 70 390 yeni doğulan körpә qeydә alınıb.

Unikal.org-un məlumatına görə, әhalinin hәr 1000 nәfәrinә bu göstәrici 12,1 tәşkil edib.

Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isә qız uşaqlarıdır. Körpәlәrdәn 1896-sı әkiz, 69-u isә üçәmdir.

Son aylarda Azərbaycanda yeni doğulan körpələrdə oğlan uşaqlarının faiz nisbəti artmaqdadır. Belə ki, bu ilin yanvar-aprel ayında doğulanların 53,1 faizi oğlan, 46,9 faizi qız uşaqları, yanvar-may aylarında doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqları olub.