Dünyada koronavirus infeksiyasına yoluxanların və ölənlərin sayı hər gün artmaqda davam edir.

Unikal.org "Worldometers" portalına istinadən xəbər verir ki, dünya ölkələri üzrə virusa yoluxma sayı 29 milyon 633 min 680, pandemiya qurbanlarının sayı 936 min 252 nəfərə çatıb.

İndiyədək 21 milyon 425 min 917 nəfər xəstəlikdən sağalıb. Hazırda müalicəsi davam edən 60 mindən çox pasiyentin vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemiya 210-dan ölkədə qeydə alınıb.