Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 10 nəfər dünyasını dəyişib.

Unikal.org “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 5016-ya çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 272 523 insanda koronavirus aşkar olunub. Ümumilikdə 231 483 xəstə isə sağalıb.