Məşhur televiziya prodüseri və aparıcısı Acun Ilıcalının “TV 8” kanalını satması məsələsi gündəmdədir. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Acundan sahib olduğu televiziyanı satın almaq təklifi Şimali Avropadan gəlib. O, bu barədə Candaş Tolga Işığın verilişində qonaq olduğu zaman məlumat verib. 

“”TV 8”i almaq istəyən namizədlər var, onlarla görüşmüşük, amma televiziyanı bütünlükdə satmayacağım dəqiqdir”, - deyə Acun Ilıcalı bildirib.