Bakıdakı xəstəxanalardan birində körpə ölüb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda yerləşən Əbülfəz Qarayev adına 2 saylı uşaq xəstəxasında qeydə alınıb. Burada 6 aylıq Ə.Əliyarlı pnevmoniya və tənəffüs çatışmazlığından ölüb.

Faktla bağlı araşdırma aparılır.

Onun COVID-19-a yoluxub-yoluxmadığı da araşdırılır.