”Azərbaycan-Türkiyə arasında münasibətlər elə səviyyədədir ki, iki ölkə arasında viza rijimi ola bilməz. Biz bunu qarşılıqlı olaraq aradan qaldırmışıq”.

Unikal.org xəbər verir ki, bunu “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda keçirilən vebinarda Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, gediş-gəlişi asanlaşdırmağın üsulları var: “Biz Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyəyə ilk rəsmi səfəri çərçivəsində hər iki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərləri məsələsi qaldırılıb. Bu məsələnin həll olunması üçün işçi səviyyəsində təmaslar qurmuşuq. Biz hazırda texniki baxımdan sənədlərin razılaşdırılması ilə məşğul oluruq. Hesab edirəm ki, yaxın vaxtlarda praktiki baxımdan da buna nail olacağıq”.