Bakıda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Suraxanı rayonu Əmircan qəsəbəsində qeydə alınıb.

Belə ki, 26 yaşlı İsayev Orxan tanıdığı Murad adlı şəxs tərəfindən bıçaqlanaraq öldürülüb. Mərhumun yaxınlarının sözlərinə görə, hadisə pul söhbəti üstündə olub. 

Faktla bağlı araşdırma aparılır.