Ağdaşda bıçaqlanma hadisəsi qeydə alınıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, rayon ərazisində 29 yaşlı gənc mübahisə və münaqişə zəminində bıçaqlanıb. 

Rayon sakini 1991-ci il təvəllüdlü Tural İsrafilovun döş nahiyəsinə və qoluna bıçaq zərbələri vurulub. Yaralı xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.