Məşhur türk müğənnisi Halil Sezainin İzmit konserti ləğv edilib. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, İstanbulda kirayələdiyi villasında 67 yaşlı  ev sahibi Hüseyn Meriçi döyən müğənninin İzmitdəki konserti restoran sahibi tərəfindən ləğv edilib. 

Qeyd edək ki, sözü gedən konsertdə Halil Sezai Hüsnü Şənləndirici ilə eyni səhnəni paylaşacaqdı, amma məlum görüntülər səbəbilə Halil Sezainin səhnəyə çıxmasına icazə verilməyib.