Türkiyədə gün ərzində daha 66 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da qardaş ölkədə COVİD-19 virusundan ölənlərin ümumi sayı 7 min 315 nəfərə çatıb.

Qeyd edək ki, Türkiyədə indiyədək 298 min 39 nəfər koronavirusa yoluxub.