“Keşlə” klubu futbolçusu Cavid İmamverdiyevlə yollarını ayırıb.

Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə mövsümün əvvəlində bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Xatırladaq ki, Cavid İmamverdiyev "Keşlə" ilə 1 illik sözləşmə imzalamışdı.