Bakı şəhərinin Xəzər rayonunda bir dam altında tikilən ümumi sahəsi 194 m² olan tikiş sexinin və ümumi sahəsi 206 m² olan anbarın yanar konstruksiyaları, içərisindəki əşyalar yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a  məlumat verilib.

Yaxınlıqdakı mağaza və yaşayış evləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.