Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Ərəbqədim kəndində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Eyvazlı Fərman Ədalət oğlu qarın nahiyəsində bıçaq xəsarəti alıb. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.