Rusiya daha 4 ölkə ilə hava nəqliyyatını bərpa edir. 

Unikal.org-un Rusiya Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiya sentyabrın 21-dən Qazaxıstan, Qırğızıstan və Belarusla, sentyabrın 27-dən isə Cənubi Koreya ilə hava nəqliyyatını bərpa edəcək.

Qeyd edək ki, Rusiya koronavirus pandemiyasına görə martın 18-dən hava sərhədini bağlamışdı. Avqustun 1-dən etibarən isə bir sıra ölkələrlə hava nəqliyyatını bərpa edib. Həmin ölkələr sırasında Türkiyə, Böyük Britaniya və Tanzaniya da yer alıb.