Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyat işləməyəcək.

Unikal.org-un məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah müvafiq qərar qəbul edib.

Qərara əsasən, 19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın hərəkəti və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.