Türkiyənin məşhur aparıcı və aktrisası Seren Serengil və müğənni Yaşar İpək boşanıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, 2018-ci ildə Fransada ailə həyatı quran məşhur cütlüyün boşanma sonrası hərəkətləri isə olduqca maraq doğurub. Belə ki, heç bir aliment tələb etməyən Seren Serengil boşanma sonrası sürətli şəkildə məhkəmə binasından uzaqlaşarkən, Yaşar İpək isə onu boşayan vəkillə kameralara poz verib. 

Qeyd edək ki, boşanmaya səbəb Yaşar İpəyin ailəsinin Sereni qəbul etməməsi və bununla da aralarında yaranan problemlər olub.