Məşhur ekstremal səyyah Mayk Horn Arktikada ekspedisiyasının iki üzvü ilə aysberqin üzərində olarkən iri tonlu buz çevrilib, üzərindəki insanlar okeana düşüblər.

Unikal.org xəbər verir ki, sözü gedən hadisəni səyyah “İnstagram” hesabında paylaşıb. O həmin paylaşıma “Dırmanmazdan əvvəl gərək nahar etməzdik” açıqlamasını yazıb.  Yarım milyon izləyici tərəfindən həyacanla izlənilən videoda kadrda onların yıxılmasını görmək və gəmidəki insanların isə qışqırtı səsləri eşitmək olur.