Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

Unikal.org xəbər verir ki, "Kapital Bank Arena"da "Sumqayıt" Səbail"i qəbul edib.

Baş hakim Orxan Məmmədovun idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 9-cu dəqiqədə "Sumqayıt"ın gənc cinah oyunçusu Süleyman Əhmədov açıb. 21-ci dəqiqədə Rauf Əliyev "Səbail"in bərabərlik qolunu vurub. 32-ci dəqiqədə isə Əli Qurbani oyunda son nöqtəni qoyub.

Bu qələbə sayəsində xalını 6-ya çatdıran "Sumqayıt" liderliyə yüksəlib. İlk 3 oyununun hamısından məğlub ayrılan "Səbail" isə sonuncu pillədə qalıb.

Qeyd edək ki, turun açılış oyununda "Qəbələ" "Keşlə" ilə heç-heçə edib - 0:0. Tura sentyabrın 20-də "Zirə" - "Sabah" və "Qarabağ" - Neftçi" oyunları ilə yekun vurulacaq.