Abşeron rayonunda intihar hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

“AAAF Park yaşayış komleksində yaşayan 1990-cı il təvəllüdlü Fətullayeva Azadə İbadət qızı özünu yaşadığı binanın 5-ci mərtəbəsindən atıb. Nəticədə A.Fətullayeva hadisə yerində ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.