Bakıda restoranda yanğın olub.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınılb. Belə ki, Yasamalda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 150 m² olan restoranın bacasında yağ qalıqları yanıb.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.