Unikal.org-un əməkdaşı İsmayıllının İvanovka kəndinə yollanıb.

Həftənin bazar günü olsa da, İvanovkada Kolxoz adlanan ərazidə hamı iş başında idi. Kənd əhalisinin demək olar ki, yarıdan çoxu kolxozda işləyir. İvanovka Azərbaycanda yeganə kənddir ki, Sovet dövrünün kolxoz quruluşunu indiyədək özündə saxlayır.

Maraqlı məqam odur ki, İvanovkada kolxoz quruluşu olduğundan kəndin özünəməxsus daxili büdcəsi var.

Kənddə çalışanların əməkhaqları məhz daxili büdcə hesabına ödənilir.

Qeyd edək ki, əsası 1847-ci ildə qoyulan İvanovka kəndinin ilk sakinləri molokanlar olub.

Onlar xaçpərəst olmadıqları üçün, xaça inanmadıqları üçün onları Qafqaza sürgün etmişdilər. Onlar bir tək Allahın varlığına inanırlar.

FOTO: Müzəffər İsmayılov