Taylandda məhbus nəzarətçi paltarını geyinərək həbsxanadan maneəsiz çıxa bilib.

Unikal.org xəbər verir ki, bu barədə “AsiaOne” yazır.

35 yaşlı Vitthiçay Daçasitthanvan (Wutthichai Dechasitthanwat) soyğunçuluğa görə cəzası çəkirdi. Məhbus qaçmaq üçün həbsxana nəzarətçisinin formasını geyinib, papaq və maska taxıb.

Bundan sonra o, həbsxananın nəzarətçilərin gözləri önündə əsas girişdən çıxıb. 

Lakin qaçaq elə həmin gün qarğıdalı sahəsində kimsəsiz evdə ələ keçib.