Türkiyədə son sutka ərzində 65 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 1692 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 7639, virusa yoluxanlar isə 306 302 nəfərə çatıb.

Türkiyədə indiyədək 269 696 pasiyent (son sutkada 1261 nəfər) sağalaraq evə buraxılıb.