Bakının Yasamal rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org  xəbər verir ki, “Şamaxinka” adlanan ərazidə yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən 1965-ci il təvəllüdlü Əliyev Zaman Həsənağa oğlunu naməlum markalı avtomobil vuraraq hadisə yerindən yayınıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.