Böyük Britaniyada son sutka ərzində koronavirusa (COVID-19) 4926 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər infeksiyadan vəfat edib.

Unikal.org  xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Britaniyada koronavirusa yoluxanların ümumi sayı 403 551, xəstəlikdən ölənlərin sayı isə 41 825 nəfərə çatıb.

Son günlər Böyük Britaniyada virusa yoluxma sayında kəskin artım müşahidə edilir. Ölkədə pandemiyanın ikinci dalğasının başladığı elan olunub.