Türkiyənin Mersin şəhərində parkda yuxuya gedən cütlüyün toyları üçün yığdıqları pul oğurlanıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı Fatma Polat və 51 yaşlı Mustafa Zülküflü parkda oturduqları yerdə yuxuya gediblər.

Belə ki, onlar səhər oyananda görüblər ki çantaları oğurlanıb. Çantanın içində 800 avro (1 613 AZN) və 650 lirə (144 AZN) toyları üçün yığdıqları pul olub.

Cütlük bu barədə polisə şikayət edib. Faktla bağlı araşdırma aparılır.