Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Canəli Nuriyev Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) İstintaq Bölməsinin rəisi vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə, o, Səbail rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi vəzifəsinə təyin olunub. 

Murad İbrahimli