Məşhur fransız müğənnisi Culyett Qreko 93 yaşında vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə müğənninin ailəsi məlumat yayıb.

“Culyett Qreko sentyabrın 23-də sevimli evində ailəsinin yanında vəfat etdi”, - məlumatda bildirilib.

Qeyd edək ki, Culyett Qreko İkinci Dünya müharibəsi zamanı Fransa Müqavimət Hərəkatının sıralarında da iştirak edib.