"Milan"ın futbolçusu Leonardo Duarte koronavirusa yoluxub. 

Unikal.org xəbər verir ki, braziliyalı müdafiəçi karantinə alınıb. Komandanın digər üzvlərinin testlərinin nəticəsi isə mənfi olub. 

Qeyd edək ki, Leonardo Duarte "Milan"a 2019-cu ilin yayında Braziliya "Flamenqo"sundan 10 milyon avroya keçib.