Vikipediya onlayn ensiklopediyası yeni dizayna keçməyə qərar verib.

Unikal.org xəbər verir ki, bu barədə Vikimedia fondunun rəhbərliyindən məlumat verilib.

“Vikipediyanın məzmunu sürətlə artsa da, interfeysimiz geridə qalır. Vikipediya və digər Vikimedia layihələri üçün interfeys dizaynı son on il ərzində ciddi şəkildə dəyişməyib, saytın bəzi naviqasiya elementləri tədricən oxucu və redaktorlar üçün böyük olmağa başlayıb”, - məlumatda qeyd olunub.

Saytın yeni dizaynının işlənməsinə 2019-cu ilin mayında başlanılıb, 2021-ci ilin sonuna kimi davam edəcək.