Rusiya Birbaşa İnvestisiya Fondu və Himrar Qrupu dünyanın 17 ölkəsinə koronavirus dərmanı ixrac edəcək.

Unikal.org xəbər verir ki, "Avifavir" adlı dərmanın ixrac olacağı ölkələrin siyahısı müəyyənləşib. 

Bu siyahıya Argentina, Bolqarıstan, Braziliya, Çili, Kolumbiya, Ekvador, El Salvador, Honduras, Küveyt, Panama, Paraqvay, Səudiyyə Ərəbistanı, Serbiya, Slovakiya, Cənubi Afrika, BƏƏ və Uruqvay daxildir. 

Məsələ ilə bağlı qurum tərəfindən verilən açıqlamada dərmanın hazırda Belarus, Boliviya, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistana göndərildiyi qeyd olunub.