"Milan”ın hücumçusu Zlatan İbrahimoviçdə koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

39 yaşlı təcrübəli futbolçudan götürülən sonuncu test müsbət nəticələnib. Bu üzdən də isveçli forvard karantinə alınıb. 

Xatırladaq ki, ötən gün komandanın braziliyalı müdafiəçisi Leo Duartenin də koronavirusa yoluxduğu açıqlanmışdı.