Ötən gün doğum günü olan türkiyəli aktyor Çağatay Ulusoy sosial şəbəkədə yeni fotosunu paylaşıb.

Unikal.org xəbər verir ki, o, tortu ilə şəklinə "Etdiyiniz yaxşılıqlara səbəb olmağın sevincini yaşayıram. Bu şamı söndürərkən xoşbəxt olacağınızı diləyirəm. Bütün hədiyyələriniz üçün təşəkkür edirəm" sözlərini yazıb.

Xeyli çəki atan aktyorun imicindəki dəyişiklik də diqqətdən qaçmayıb. Sosial şəbəkə istifadəçiləri aktyoru kolumbiyalı narkobaron Pablo Eskobara bənzədiblər.