Türkiyədə son sutka ərzində 73 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 1665 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 7858, virusa yoluxanlar isə 311 455 nəfərə çatıb.

Türkiyədə indiyədək 273 282 pasiyent (son sutkada 1318 nəfər) sağalaraq evə buraxılıb.