"Formula-1" iştirakçıları və işçiləri yeni növ koronavirus (COVİD-19) testindən keçiriliblər.

Unikal.org "İnterfaks"a istinadən xəbər verir ki, testlərin nəticələrinə əsasən daha 7 nəfərdə koronavirus aşkarlanıb. Koronavirusa yoluxan şəxlərin adları və vəzifələri barədə məlumat verilmir.

Bildirilir ki, koronavirus testləri sentyabrın 18-dən 24-dək keçirilib. Testlərdən 3 256 nəfər keçib.

Qeyd edək ki, "Formula-1" çərçivəsində koronavirus testləri hər həftə keçirilir.