Ukraynanın Xarkov vilayətində ölkənin Hərbi-Hava Qüvvələrinə məxsus “An-26” təyyarəsinin qəzaya uğramasının səbəbi mühərrikdə yaranmış nasazlıq ola bilər.

Unikal.org  “TASS”-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksey Kuçer bildirib.

“Bəlkə də insidentin səbəbi təyyarə mühərrikindəki nasazlıq olub. Pilot sol mühərrikin sıradan çıxması ilə bağlı xəbərdarlıq vermişdi. Bu bir tərəfdən. Digər tərəfdən, təlimlərdə hərəkəti istiqamətləndirmək üçün bir məqam var ki, bu zaman mühərrikin birini xüsusi olaraq söndürürlər. Yəni təcrübəli pilot üçün bu, kritik bir vəziyyət deyil. Sonra nə baş verdi – bunu öyrənəcəyik”, - deyə “Ukraina-24” telekanalının efirində jurnalistlərin suallarını cavablandıran Kuçer qeyd edib.

Onun sözlərinə görə, yerlə ən az məsafədə kursantlar özlərini təyyarədən atıblar.