Qalib gələcəyim təqdirdə İran və Venesuela ilə mümkün müqavilələrin bağlanması şərtlərini sərtləşdirəcəyəm.

Unikal.org xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Floridada tərəfdarları ilə görüşündə deyib.

“İran da, Venesuela da danışıqlar aparmaq istəyir. Hamı danışıq aparmaq istəyir. Amma mən seçkilərin bitməsini gözləyirəm. Bir il əvvəl demişdim: Sizin seçiminiz var, biz ya indi, ya da seçkidən sonra danışıq apara bilərik. Amma seçkidən sonra daha sərt razılaşma olacaq”, - Tramp bildirib.