Dünyada 32 765 204  nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org bu barədə "Worldometers" onlayn statistikasına istinadən xəbər verir.

Virusa yoluxan 993 463 xəstə ölüb, 24 178 346 nəfər sağalıb.

Virusa yoluxma sayına görə ilk beşliyə daxil olan dövlətlər ABŞ (7 244 184 nəfər), Hindistan (5 903 932 nəfər), Braziliya (4 692 579 nəfər), Rusiya (1 136 048 nəfər) və Kolumbiyadır (798 317 nəfər).