"Neftçi” Peşəkar Futbol Klubunu dəstəkləyən şirkətlər arasına daha biri daxil olub. "Nobel İlaç” əczaçılıq şirkəti ilə qarşılıqlı əməkdaşlıq haqqında razılıq əldə edilib. Klubun rəsmi saytının verdiyi məlumata görə, tərəflər 1 illik müqaviləyə imza atıb.

Razılaşmaya əsasən, bu müddətdə "Neftçi”nin əsas komandasının ev oyunları zamanı stadion ərazisində yerləşən reklam lövhələrində şirkətin fəaliyyəti ilə bağlı təbliğat materialları yerləşdiriləcək. "Neftçi TV” və kluba məxsus sosial media səhifələrində "Nobel İlaç”a məxsus məhsulların əmtəə nişanları yer alacağı paylaşımlar ediləcək və digər xidmətlər göstəriləcək.

Unikal.org-un məlumatına görə, "Nobel İlaç” əczaçılıq şirkətinə məxsus  "Melbek (7.5mq №10 tab.) dərmanının satışı 2016-cı ildən Azərbaycanda qadağan edilmişdi. 

Melbek 7.5 mq N10 Aptekonline.az - onlayn aptek